Rusiya

Rusiyada əsirləri daşıyan təyyarə qəzaya düşdü: xeyli ölən var - YENİLƏNİB - VİDEO - FOTO

24 Yanvar 2024 14:40
Baxış: 3 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:40

"Hərbi əsirləri daşıyan İl-76 təyyarəsi Belqorod vilayətində 3 raketlə vurulub".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov deyib. 

Onun sözlərinə görə, təyyarə ya "Patriot", ya "IRIS T" zenit-raket komplekslərinin raketləri ilə vurulub: "Ukrayna rəhbərliyi planlaşdırılan mübadilə barədə bilirdi. Ölkə əsirlərin necə aparılacağı barədə məlumatlandırılmışdı, lakin təyyarə ya "Patriot", ya da Almaniya istehsalı "IRIS T" raketləri ilə vurulub. Bunu mütəxəssislər ayırd edəcəklər".

Kartapolov, həmçinin qeyd edib ki, vurulan təyyarənin ardınca daha 80 əsiri daşıyan başqa bir İl-76 təyyarəsi gedirmiş. Sözügedən təyyarə vaxtında geri qaytarılıb.

--------

13:38

Milli.Az oxu.az-a istinadən Rusiya MN-nin rəsmi məlumatını təqdim edir:

"Rusiyada qəzaya uğrayan "İl-76" təyyarəsinin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş və mübadilə üçün Belqorod vilayətinə aparılan 65 hərbçisi, üç müşayiətçi və altı heyət üzvü olub".

--------

13:28

Rusiyanın Belqorod vilayətində İl-76 tipli hərbi təyyarə qəzaya uğrayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə vilayətin qubernatoru teleqramda yazıb.

O bildirib ki, hadisə Koroçanski rayonunda baş verib.

KİV-in məlumatına görə, göyərtədə olan 63 nəfərin hamısı həyatını itirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.