Rusiya

Putin səs-küylü "Çılpaq gecə"dən danışdı

16 Yanvar 2024 19:45
Baxış: 1 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin görüşlərdən birində bir müddət əvvəl ölkədə təşkil edilən qalmaqallı "Çılpaq gecə" məsələsinə toxunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, Kreml rəhbəri Ukraynada müharibədən qayıdanların prioritetlərinin dəyişdirilməsindən danışarkən bu mövzuya işarə edib.

"İnsanlar bu sınaqdan (Ukraynada müharibə - red.) keçəndə prioritetlər fərqli şəkildə sıralanır. Burada artıq bəzi tədbirlərdəki kimi şalvarsız tullanmayacaqsan", - deyə Putin bildirib.

Qeyd edək ki, bir müddət öncə bloger Anastasiya İvleyevanın Rusiyada bəzi sənətçilərlə birgə "Çılpaq gecə" mərasimini təşkil etməsi böyük səs-küyə səbəb olmuşdu.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.