00:19
-------
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yaralı sayı 111 nəfər təşkil edir.
19:34
-------
Ukrayna Silahlı Qüvvələrinin (AFU) Belqorod şəhərini atəşə tutması nəticəsində azı 14 nəfər həlak olub.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
"Yenilənmiş məlumata görə, Belqorodda 12 böyük və 2 uşaq ölüb. Daha 108 nəfər, o cümlədən 15 uşaq xəsarət alıb", - nazirlikdən bildiriblər.
17:53
-------
Rusiyanın Belqorod şəhərinin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində ölən və xəsarət alanların sayı artıb.
Milli.Az APA-ya istinadən bildirir ki, şəhərin atəşə tutulması nəticəsində 6 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun