75 yaşlı Rusiya lideri barədə 10 maraqlı FAKT - Putin kimdir? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin bu gün 7 oktyabrda 75 yaşını qeyd edir. Dövlət başçısının ad günü münasibətilə bir çox ölkə liderləri Putinə təbrik mesajları göndəriblər.
Milli.Az sizə Rusiya prezidenti Vladimir Putinin həyatı və karyerası haqqında geniş icmal təqdim edir:
O, 1952-ci ildə anadan olub və İosif Stalindən sonra Rusiyanın ən uzunmüddətli lideridir - 20 ildən çoxdur ki, ölkəni idarə edir.
Maraqlı faktlar:
1. Putin 1950-60-cı illərdə Leninqradda (indiki Sankt-Peterburq) kasıb ailədə böyüyüb. Onun atası müharibədə yaralanıb, anası isə küçələri süpürür və laboratoriyalarda işləyirmiş.
.png)
2.O, məktəbdə intizamsız şagird olub, lakin sonradan hüquq təhsili alaraq KQB-yə qoşulmağı hədəfləyib.
.jpg)
3.1975-ci ildə Leninqrad Dövlət Universitetini bitirdikdən sonra KQB-də çalışıb, Almaniyanın Drezden şəhərinə ezam olunub və leytenant-polkovnik rütbəsinə qədər yüksəlib. SSRİ dağıldıqdan sonra xidmətini tərk edib.
.jpg)
4. 1990-cı illərdə siyasətə daxil olub, əvvəlcə Sankt-Peterburq meri Sobçakın müavini, sonra isə Moskvada prezident administrasiyasının yüksək vəzifəli üzvü kimi çalışıb. 1999-cu ildə Boris Yeltsinin istefasından sonra prezident olub.
5.11 yaşından cüdo ilə məşğul olur, bu sahədə kitablar da yazıb.

6.Putinin "Beatles" qrupunu sevdiyi və ən çox "Yesterday" mahnısına üstünlük verdiyi bildirilir.
7. Qara dəniz sahilində yerləşən, dəyəri 1 milyard dollardan çox olan dəbdəbəli iqamətgahla bağlı məlumatlar var. Kompleksdə hovuz, teatr, kazinolar və gizli tunellər yerləşir.
.jpg)
8.1983-cü ildə Lyudmila Şkrebnevaya ilə evlənib, iki qızı - Mariya və Katerinası var. Cütlük 2013-cü ildə boşanıb.
.png)
9. Putinin müxtəlif heyvanlarla fotoları məşhurdur. O, həm ev heyvanlarını sevir, həm də heyvanların qorunması ilə bağlı qanunların qəbuluna dəstək verir.
.jpg)
10. 1990-cı illərdə Vladimir Putin Anatoli Sobçakla işləyib. Sobçak 1996-cı il seçkilərində uduzanda Putin taksi sürücüsü işləməyi düşündü. İndiki dövlət başçısının artıq belə bir təcrübəsi var idi - 1991-ci ildə o, ailəsinin gəlirini artırmaq üçün küçədən sərnişin götürürdü. O vaxt Putin 1999-cu ildə prezident postunu tutacağını ağlına belə gətirə bilməzdi.
.png)
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ürək üçün ən faydalı 10 QİDA
-
Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...
-
Hündürlükdən yıxılırmış kimi hiss etmək bu problemlərin xəbərçisidir
-
Yayda sağlam qaralmağın yolları nələrdir?
-
Bakının bu rayonlarında işıq olmayacaq
-
“Real”ın baş məşqçisi klubdan ayrıldı
-
Əraqçi: Bölgəni tərk edin
-
Ədviyyatlı, kartoflu, xırçıldayan üçbucaq börək resepti
-
Sərt dəsmalları pambıq kimi yumşaldır: Sirkə əvəzinə bunu əlavə edin
-
Marsda nəhəng canlının olduğunu göstərən görüntü həqiqətdir? - FOTO
-
Günün qoroskopu: Həyatınıza ciddi və uzunmüddətli insan daxil ola bilər
-
Millimiz qalib gəldi - YENİLƏNİB
-
"Turan Tovuz"dan ilk transfer
-
Gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyalarına start verilib - FOTO
-
Qədim Çin bitkisi keçəlliyə qarşı ümid verdi: Saç köklərini yeniləyə bilər - FOTO
-
Çiyələk mürəbbəsinin qatı olması üçün nə etməli?
-
Bərdə sakini ilə qaçan məktəbli qız tapıldı - YENİLƏNİB
-
"Zirə" futbolçusu ilə yolları ayırıb
-
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib
-
“Məni vurdu, dedi ki, evdə desəm, qiymətimi kəsəcək”
-
"Komedixana"nın aktyoru özünə yeni ev aldı
-
Serenay Sarıkayanın yeni layihəsi
-
“Brent” ucuzlaşdı
-
"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"





