İdman

“Meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq” - Bəhlul Mustafazadə

9 Oktyabr 2025 23:33
Baxış: 556
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması sabah Fransa millisi ilə qarşılaşacaq.

Milli.Az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında yığmamızın futbolçusu Bəhlul Mustafazadə jurnalistlərin suallarını cavablandırıb:

"Fransa millisi haqda çox danışmağa ehtiyac yoxdur. Önəmli olan bu rəqibə qarşı necə reaksiya verməyimizdir. Hazırlıqlarımızı bu gün tamamlayacağıq. Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq".

- Millinin ən çox formada olan oyunçularından birisən. "Qarabağ"ın heyətində də Çempionlar Liqasında önəmli fiqurlarından birisən. Son 2-3 gündə futbolçularla özün şəxsən psixoloji baxımdan, dəstək üçün söhbət aparmısan?

- Oyundan öncə komanda yoldaşlarımızla bu matç haqqında danışmışıq. Bütün komanda olaraq hamımız hazır olmalıyıq. Bu barədə söhbətimiz çox olur, hazırlığımız yaxşıdır, sabah yaxşı mübarizə aparacağıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.