Sağlamlıq

Bu əlamətlər ürəyin zəifliyindən xəbər verir - Hər an tuta bilər...

9 Oktyabr 2025 22:00
Baxış: 662
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kardioloq Ernst fon Şvarc ürək xəstəliklərinin dörd ciddi, lakin gözə çarpmayan simptomunu açıqlayıb.

Milli.Az bildirir ki, onun sözlərinə görə bunlardan biri sinədə təzyiq hissidir və bu, ürəyə kifayət qədər oksigen çatmadıqda meydana gəlir.

İkinci simptom isə istirahət vəziyyətində nəfəs darlığıdir. Həmçinin, huşunu itirmə hallarına diqqət yetirilməlidir, çünki ürək problemlərinin ilkin əlaməti ola bilər.

Həkim qeyd edib ki, qısa müddətli başgicəllənmə, qulaqlarda gurultu və gözlərin qaralması ilə müşayiət olunursa, bu da təhlükəli arterial təzyiq düşməsi ilə bağlı ola bilər. Sonuncu ciddi əlamət isə beş saniyədən uzun davam edən sürətli ürək döyüntüsüdür.

Fon Şvarc vurğulayıb ki, bu simptomlar zəif və demək olar ki, nəzərə çarpmayan ola bilər, lakin mütləq tibbi yoxlama tələb edir.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.