Rusiya

Rusiyada 5 milyona yaxın işçiyə ehtiyac var

25 Dekabr 2023 06:28
Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Rusiya işçi qüvvəsi çatışmazlığı yaşayır. Ölkə iqtisadiyyatında çatışmayan işçilərin sayı təxminən 4,8 milyon nəfərdir.

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, belə nəticələr Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Nikolay Axapkinin Rosstatın məlumatlarına əsasən hazırladığı araşdırmada əksini tapıb.

"2022-2023-cü illərdə işçi çatışmazlığının kəskin artmasını qeyd etməmək mümkün deyil. Bu, hətta əmək təklifinin sabit qaldığı şəraitdə də özünü büruzə verdi. Rosstatın təqdim etdiyi məlumatları bütün məşğul əhaliyə şamil etsək, onda 2023-cü ildə işçi çatışmazlığı təxminən 4,8 milyon nəfər olacaq.

Faiz ifadəsində 2023-cü ilin ortalarında vakant iş yerlərinin xüsusi çəkisi işçilərin ümumi sayının 6,8 faizinə (2022-ci ildə isə 5,8 faiz) çatıb. Müəllif Rosstata istinadən qeyd edir ki, ən böyük işçi çatışmazlığı qida və içkilərlə təminatla məşğul olan təşkilatlarda müşahidə edilib və 17,3 faizə çatıb. Ən əlverişli vəziyyət şəhərlərarası və beynəlxalq dəmir yolu sərnişin daşımaları ilə məşğul olan təşkilatlardadır: burada işçi çatışmazlığı yalnız 2,1 faizdir: "Bütövlükdə iqtisadiyyatda kadr çatışmazlığı artıq onun artımına mane olan amilə çevrilib", - deyə araşdırmada bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.