Rusiya

Onun da Rusiya prezidentliyinə namizədliyi irəli sürüldü

19 Dekabr 2023 16:05
Baxış: 2 216
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Liberal Demokrat Partiyasının Qurultayı ölkə prezidentliyinə namizədini müəyyənləşdirib.

Milli.Az APA-ya istinadən bildirir ki, liberal-demokratlar partiya lideri Leonid Slutskinin dövlət başçısı postuna namizədliyini irəli sürüb.

Qeyd edək ki, Leonid Slutski Vladimir Jirinovskinin vəfatından sonra Liberal Demokrat Pariyasının sədri olub. O, eyni zamanda Dövlət Dumasında fraksiya rəhbəri və parlamentin beynəlxalq əlaqələr komitəsinin sədridir.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri gələn il martın 17-də keçiriləcək. Seçicilər martın 15-dən başlayaraq üç gün müddətində səs verərək növbəti 6 il müddətinə prezidenti seçəcəklər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.