Rusiya

Biznesmenin evini qarət edən oğru "Porsche Taycan"la ərazidən qaçdı

13 Noyabr 2023 13:17
Baxış: 1 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada oğru 1 saat ərzində iş adamının evindən 38 milyon rubl oğurlayıb. 

Milli.Az "Unikal"-a istinadən xəbər verir  ki, oğurluq edən şəxs içərisində bir milyon rubl, 1000 dollar və 2000 avro olan metal seyfi oğurlayıb. 

Bundan əlavə, seyfdə təxminən 20 milyon rubl dəyərində brilyant qaşlı iki qızıl üzük və nağd pul var imiş. Həmçinin, kişi qarderobdan bahalı saat kolleksiyası olan qutunu götürərək, biznesmenə məxsus "Porsche Taycan" markalı avtomobili ilə ərazidən uzaqlaşıb. 

"Zərərin ümumi məbləği 38 739 740 rubl təşkil edib", - KİV-lərdən biri yazıb.  

Hadisə ilə bağlı araşdırma aparılır. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.