Rusiya

Tanınmış politoloq işdən qovuldu - Zaxarovaya bu sözləri deyib

21 Oktyabr 2023 20:44
Baxış: 1 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şərqşünas və politoloq Yevgeni Satanovski ekspert işlədiyi "Solovyov Live" kanalından Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova haqqında söylədiyi fikirlərə görə işdən çıxarılıb.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə jurnalist Vladimir Solovyov Teleqramda məlumat verib.

O, verilişinin ekspertinin belə açıqlamalarına görə şəxsən Rusiya Xarici İşlər Nazirliyindən üzr istəyib. Jurnalist Satanovskinin ifadələrini "məzmun etibarilə ədalətsiz" və "forma etibarilə yolverilməz" adlandırıb. Solovyov Satanovskinin bu cür bəyanatları müəllif proqramının kanalında deyil, israilli jurnalistə verdiyi müsahibədə səsləndirdiyini də vurğulayıb.

"Mən Yevgeni Yanoviçlə peşəkar ünsiyyəti davam etdirmək imkanını görmürəm və onu kanalımızdan uzaqlaşdırmaq qərarına gəldim", - deyə Solovyov videomüraciətində bildirib.

Jurnalist hərbi forma və zirehli geyim geyinib.

Bundan əvvəl internetdə Satanovskinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin antisemitizmindən bəhs etdiyi video yayılıb. O, Zaxarovanı təhqir edib və onun kimi bir şəxsin Rusiya Xarici İşlər Nazirliyinin spikeri olmasına təəccübləndiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.