Rusiya

Rusiyadan Ermənistana sərt reaksiyalar gəlir

3 Oktyabr 2023 16:24
Baxış: 1 037
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Əsasnaməsinin ratifikasiyası Rusiya prezidenti Vladimir Putinə qarşı qeyri-dost addım kimi qəbul edilir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Rusiyanın Federasiya Şurasının (yuxarı palata-red.) sədr müavini Yuri Vorobyov bildirib.

"Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunun Ermənistan parlamenti tərəfindən ratifikasiyası barədə böyük təəssüf hissi ilə xəbər tutdum. Bu qərar liderimiz, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinə qarşı qeyri-dost addım kimi qəbul edilir", - deyə Vorobyovun Teleqram kanalında bu sözlər əks olunub.

O qeyd edib ki, erməni deputatlarının qərarı Rusiya-Ermənistan Parlamentlərarası Komissiyasının işi çərçivəsində formalaşmış konstruktiv və inamlı münasibətləri də məhv edir.

"Ancaq əminəm ki, heç bir qüvvə rus və erməni xalqlarının çoxəsrlik dostluğunu poza bilməyəcək", - deyə o yazıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.