Rusiya

Rusiya Aİ vətəndaşları üçün vizaların rüsumunu xeyli artıracaq

3 Oktyabr 2023 15:22
Baxış: 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyaya daxil olan Avropa İttifaqı - Danimarka, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə ölkələrinin vətəndaşları üçün viza rüsumları artırılması və güzəştlərinin ləğvi nəzərdə tutulur.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə RBK məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Xarici İşlər Nazirliyində qanun layihəsi hazırlanıb və hökumətə təqdim edilib.

Bu təklif Xarici İşlər Nazirliyi tərəfindən Aİ, Danimarka, İslandiya, Norveç və İsveçrə tərəfindən Rusiya vətəndaşlarına vizaların verilməsinin qarşılıqlı sadələşdirilməsinə dair beynəlxalq müqavilələrin birtərəfli qaydada tam dayandırılmasına cavab olaraq hazırlanıb.

Rusiya ilə Aİ arasında vizaların qarşılıqlı verilməsinin sadələşdirilməsinə dair saziş 2006-cı il mayın 25-də imzalanıb və həmin il iyunun 1-də qüvvəyə minib.

Layihə üç ayadək müddətə birdəfəlik vizaların, habelə vətəndaşların ayrı-ayrı kateqoriyaları üçün çoxdəfəlik vizaların verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutur.

Lakin Ukraynada müharibə başlayandan sonra Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri 2022-ci il sentyabrın 12-dən bu sazişi dondurmaq qərarına gəliblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.