Rusiya

Rusiya əvvəl-axır nüvə silahından istifadə edəcək - Uiver

30 Sentyabr 2023 14:35
Baxış: 1 450
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NATO ölkələri taktiki nüvə silahının mümkün istifadəsinə hazırlaşmalıdır. ABŞ-ın Çinə diqqətinin yönəldiyi vaxtda nüvə müharibəsi baş verə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Pentaqonun keçmiş yüksək rütbəli məmuru Qreqori Uiver deyib.

"Ukraynaya müdaxilənin edildiyi ilk günlərdə rus ordusunun zəif irəliləyişləri NATO-da bəzilərini inandırmışdı ki, alyansın üstünlüyü və adi silahlanma sayəsində rus təcavüzünün qarşısını almaq mümkün olacaq. Bu, yanlış təsəvvür idi.

NATO rəhbərliyi başa düşməlidir ki, rus qüvvələrinin Ukraynadakı fəaliyyəti Rusiyanın nüvə silahından asılılığını artıra bilər. NATO ilə gələcək hipotetik müharibədə Rusiya çox güman ki, ya qələbəyə nail olmaq, ya da məğlubiyyətin qarşısını almaq üçün münaqişənin əvvəlində nüvə silahından istifadə etmək ehtiyacını hiss edəcək", - deyə ekspert bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.