Rus elitası başa düşməlidir ki, Putini vəzifədən kənarlaşdırmadan sərvətlərini və mövqelərini qoruyub saxlamaq mümkün deyil.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 2020-2021-ci illərdə rəhbəri olmuş general-leytenant Valeri Kondratyuk deyib.
"Putin nəinki son rusa, hətta son sentinə qədər mübarizə aparacaq. Ona görə də, elita Putini vəzifədən uzaqlaşdırmaqda, Qərb və Ukrayna ilə sülh danışıqlarına başlamaqda maraqlıdır", - Kondratyuk bildirib.
Onun fikrincə, Rusiya elitası yaxın 4-5 ay ərzində - gələn ilin martında ölkədə keçiriləcək prezident seçkilərinə qədər öz planını həyata keçirməyə hazırdır.
Milli.Az