Rusiya

"Vaqner"də Priqojinin postuna o gətirilir - FOTO

25 Avqust 2023 12:50
Baxış: 2 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vaqner"in Rusiya höhumətinə qarşı üsyan cəhdindən sonra muzdluların liderinin dəyişəcəyi barədə iddialar səsləndirilmişdi.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, yerli media "Vaqner"in lideri postuna namizədlərin muzdluların liderlərindən hesab edilən Dmitri Utkin və muzdlularla dövlətin bağlantısını təmin edən Andrey Troşev olduğunu yazırdı.

Məlumata görə, Dmitri Utkinin Yevgeni Priqojinlə təyyarə hadisəsində həlak olmasından sonra "Vaqner"in lideri postuna tək namizədin Andrey Troşev olduğu qeyd edilib. Utkinin ölümündən sonra Troşev "Vaqner"də yeganə lider olaraq qalıb. 61 yaşlı Torşev Putinin yaxın adamlarından hesab edilir. Bildirilir ki, "Vaqner"in Sankt-Peterburqdakı inzibati heyətin rəhbəri olan 61 yaşlı Andrey Troşev tanınmış keçmiş komandirdir.

Polkovnik rütbəsi ilə ordudan təqaüdə çıxan Troşev əvvəllər DTK-da baş zabit vəzifəsində çalışıb. Əfqanıstan və Çeçenistan müharibələrində komandir kimi xidmət etmiş Troşev, "Vaqner"in Suriyadakı hərbi stratgeyiyasını hazırlayan komandir olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.