Rusiya

Bu, Priqojinin üsyanının növbəti mərhələsidir - Jdanov

25 Avqust 2023 12:14
Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vaqner" rəhbəri Yevgeni Priqojinin sağ ola biləcəyini istisna etmirəm.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

"Onun öldüyünə dair çoxlu sübutlar var. Ancaq mən həmişə bunun gizli əməliyyat ola biləcəyinə dair bir neçə ehtimal buraxıram. Hamı onun ölümünü gözləyirdi, mən isə onun həyata keçirdiyi üsyandan sonra onun ləğvinin sadəcə zaman məsələsi olduğunu demişdim", - Jdanov bildirib.

Ekspertin fikrincə, bu hadisə Rusiyada geri dönüşü olmayan prosesləri başlada bilər:

"Bu, "Priqojinin üsyanı"nın növbəti mərhələsidir. Proses Rusiya üçün ölümcül olacaq. Üsyan özü göstərdi ki, Putin tam gücə malik deyil. O, güc tətbiq etmək və ölkəni idarə etmək hüququ monopoliyasını itirib. Putin gücün ayağının altından sürüşdüyünü hiss edir".

Jdanovun sözlərinə görə, bu təyyarə qəzası həm də Rusiya Müdafiə Nazirliyi və FTX arasında münaqişənin üst səviyyəyə çıxdığını göstərdi:

"Bu, artıq pərdəarxası döyüş yox, açıq mübarizədir. Bunun geniş siyasi nəticələri olacaq".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.