Rusiya

Rubl çökür, miqrantlar Rusiyanı tərk edir

15 Avqust 2023 16:42
Baxış: 2 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Miqrantların əksəriyyəti rublun dollar və avro qarşısında ucuzlaşması səbəbindən Rusiyanı tərk edə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Moskvadakı özbək diasporunun rəhbəri Bəhram İsmayılov deyib.

Onun sözlərinə görə, özbək diasporunun nümayəndələri keçirdikləri sorğu zamanı respondentlərin 50 faizi Rusiyadan getmək istədiklərini deyiblər:

"Miqrantların Rusiyadan gedişi ilk növbədə ən az maaş alan sahələrdə - pərakəndə satış, iaşə, təmizlik, kuryer xidməti və kənd təsərrüfatında baş verir. Qazanclarının azalması ilə yanaşı, miqrantlar evə pul göndərərkən qazandıqları pulun bir hissəsini də itirirlər, çünki konvertasiya pul alan ölkənin yerli məzənnəsi ilə baş verir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.