Rusiya

Rusiyada bir gündə ikinci deputat öldü

24 Aprel 2023 15:31
Baxış: 1 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Dövlət Dumasının Vahid Rusiya fraksiyasından olan deputatı, Ekologiya, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Komitəsinin üzvü Yaşarbek Uzdenov bazar günü uzun sürən xəstəlikdən sonra 56 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasında Vahid Rusiya fraksiyasının rəhbəri Vladimir Vasilyev bildirib.

"Ağır gündür. Ölüm daha bir yoldaşımızı aramızdan apardı. Ağır və uzun sürən xəstəlikdən sonra Dövlət Dumasının deputatı, Qaraçay-Çərkəz Respublikasının keçmiş təbii sərvətlər və ekologiya naziri Yaşarbek Borisoviç Uzdenov vəfat etdi", - Vasilyev məlumat verib.

O, fraksiyanın bütün deputatları adından Uzdenovun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, bazar günü Dövlət Dumasının Vahid Rusiya fraksiyasından olan digər deputatı Nikolay Bortsovun da ölümü ilə bağlı xəbər yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.