Rusiya

Mənzilini yandırdı, yeddinci mərtəbədən atıldı və sağ qaldı

13 Mart 2023 09:37
Baxış: 1 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvada bir kişi mənzilini yandıraraq özünü yeddinci mərtəbənin pəncərəsindən atıb.

Məlumata görə, həmin şəxs Moskvanın Kronstadtski bulvarında yerləşən yaşayış binasının mənzillərdən birində yaşayır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, 2023-cü il martın 12-də moskvalı yaşadığı evini yandırıb. Daha sonra o, yeddinci mərtəbənin pəncərəsindən atılıb.

İntihara cəhd etdiyi güman edilən şəxsin sağ qaldığı bildirilib. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib, həkimlər zərərçəkmişi müayinə ediblər.

Təcili yardım əməkdaşları mənzilin qapısını açıb yanğını söndürə biliblər. Yanğının sahəsi cəmi beş kvadratmetr olub və yalnız kişinin şəxsi əşyaları yanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.