Rusiya

Rusiyada hərbi komissarlığa “Molotov kokteyli” atdılar

24 Fevral 2023 09:20
Baxış: 990
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Murmanskda naməlum şəxs hərbi komissarlığın binasını yandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə fevralın 23-də Kapitan Orlikov küçəsində baş verib.

Tezliklə yerli sakinlərdən biri yanıq qoxusunu hiss edərək 112-yə zəng edib.

Hadisə yerinə gələn yanğınsöndürənlər açıq alovu söndürüblər. Yanğın nəticəsində binanın pəncərə çərçivəsi yanıb.

İlkin məlumatlara görə, hücum edən şəxs hərbi komissarlığın pəncərəsinə alışan maddə dolu şüşə atıb.

Hazırda hüquq-mühafizə orqanları yanğın törədənin kimliyini müəyyənləşdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.