Rusiya Müdafiə Nazirliyinin Qərb dairəsi üzrə maliyyə təminatı şöbəsinin rəisi Marina Yankina yaşadığı binanın yaxınlığında ölmüş vəziyyətdə tapılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, o, çoxmərtəbəli binadakı mənzilindən yıxılıb.
Hazırda hadisənin intihar faktı olduğu ehtimal edilir.
İstintaq faciənin detallarını araşdırır.
Milli.Az