Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi ölü tapıldı

16 Fevral 2023 17:51

Rusiya Müdafiə Nazirliyinin Qərb dairəsi üzrə maliyyə təminatı şöbəsinin rəisi Marina Yankina yaşadığı binanın yaxınlığında ölmüş vəziyyətdə tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, o, çoxmərtəbəli binadakı mənzilindən yıxılıb.

Hazırda hadisənin intihar faktı olduğu ehtimal edilir.

İstintaq faciənin detallarını araşdırır.

Milli.Az