Rusiya

Məhkəmədən erməni “qanuni oğru” haqqında HƏBS QƏRARI

1 Fevral 2023 11:24
Baxış: 1 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Krasnodar diyarında kriminal aləmdə Çinka Jorik Tbilisski kimi tanınan 58 yaşlı Georgi Manukyana qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci ("Cinayət iyerarxiyasında ən yüksək vəzifə tutma") maddəsi ilə cinayət işi başlanıb. 

Milli.Az-ın lent.az-a istinadla məlumatına görə, məhkəmə "qanuni oğru"nu qiyabi həbs edib, o, Rusiya təhlükəsizlik qüvvələrinin əlinə keçən kimi istintaq təcridxanasına göndəriləcək. O, sonuncu dəfə 2017-ci ildə hədə-qorxu ilə pul tələb etdiyi üçün həbsxanaya düşsə də, 2020-ci ildə məhkəmə qərarı ləğv edilib.

Hazırda Jorik Tbilisski axtarışdadır. İşin materiallarından göründüyü kimi, müttəhim kriminal mühitin cinayət ənənələrini qoruyaraq öz təsirini Krasnodar diyarının ərazisinə yayıb.

Georgi Manukyan dəfələrlə narkotikə görə cəza çəkib, 1993-cü ildə ona ded Xasan kimi tanınan Aslan Usoyan və digər oğru Vladimir Volkov (Volçok) tac qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.