Rusiya

"Putinin bir çıxışı ilə hər şeyi dəyişdi"

1 Yanvar 2023 03:22
Baxış: 3 094
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2007-ci ildə Münhen konfransı Rusiya ilə Qərb arasında münasibətlərdə dönüş nöqtəsi oldu.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri italiyalı politoloq Tiberio Qratsiani deyib.

"2000-ci illərin əvvəlləri əksər analitiklərin "birqütblü an" adlandırdığı, ABŞ-ın "demokratiya ixracı" və bazarların qloballaşması vasitəsilə bütün dünyada hər şey üzərində hegemonluq etməyə çalışdığı bir dövrdür", - deyə analitik bildirib.

O əlavə edib ki, Moskvanın əməkdaşlığı gücləndirmək istəyini ifadə etməsinə baxmayaraq, konfransdan sonra Qərb Rusiya ilə əlaqələrin inkişafını əngəlləməyə başlayıb. Üstəlik, Birləşmiş Ştatlar özünü iqtisadi sahədə Avropa ölkələrinə, hərbi-siyasi aspektdə isə NATO üzvlərinə təzyiq göstərən qüvvə kimi göstərib.

Qeyd edək ki, 2007-ci ildə Münhen konfransında iştirak edən Rusiya lideri Vladimir Putin ABŞ-ın təkqütblü siyasət apardığını iddia edərək, bunu kəskin tənqid etmişdi. Rusiyanın bütün xarici siyasəti bu çıxışdan sonra dəyişmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.