Rusiya

İllər əvvəl ölmüş qadının mumiyası tapıldı

16 Noyabr 2022 21:13
Baxış: 1 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yekaterinburqda kommunal xidmətlər yaşayış mənzilində bir neçə il əvvəl ölmüş qadının meyitini tapıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cəsəd qaz avadanlığının yoxlanılması zamanı aşkar olunub.

Mənzilin sahibi bir neçə il əvvəl yoxa çıxıb. Yerli sakinlər kömək üçün rayon polisinə və kommunal xidmətlərə müraciət etsələr də, faydası olmayıb.

Lakin 2022-ci ilin aprelində qaz xidmətinin işçiləri onun mənzili ilə maraqlanıblar. Onlar qapını açmaq üçün icazə almaq məqsədilə məhkəməyə müraciət ediblər.

Nəhayət bir neçə gün öncə kommunal xidmətlərin əməkdaşları mənzilə daxil olub və qadının mumiyalanmış cəsədini görüblər.

Polis qadının yaşlı olduğunu bildirib. Onun meyiti məhkəmə-tibbi ekspertizasına göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.