Rusiya

Rusiyada səfərbərliyə çağırılanların məhkəmə prosesləri dayandırıla bilər

29 Oktyabr 2022 17:11
Baxış: 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada "Edinaya Rusiya" partiyası Dövlət Dumasına yeni qanun layihəsi təqdim edib.

Qanun layihəsi səfərbər edilənlərə və könüllülərə qarşı məhkəmə və icra proseslərinin dayandırılmasını nəzərdə tutur.  

Bu barədə partiyanın Baş Şurasının katibi Andrey Turçak məlumat verib.

"Səfərbərliyə alınan vətəndaşlara çağırış vərəqəsi gəldikdə və ya cəbhəyə könüllü olaraq yazıldıqları zaman onlara qarşı məhkəmə və icra prosesləri dərhal dayandırılmalıdır. Müvafiq qanun layihəsi "Edinaya Rusiya" tərəfindən Dövlət Dumasına təqdim edilib", - deyə Turçak "Telegram" kanalında yazıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o qeyd edib ki, hazırkı qanunvericilik səfərbər edilənlərin və könüllülərin döyüş bölgəsinə çatana qədər prosessual hüquqlarını qorumur.

"Eyni zamanda hərbi xidmətə çağırışla cəbhəyə getmə arasında xeyli vaxt keçə bilər. Bu müddət ərzində məhkəmə prosesləri dayanmır", - deyə Andey Turçak vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.