Rusiya

Putin: Rusiyanı məhv etmək alınmayıb və heç vaxt da alınmayacaq

27 Oktyabr 2022 19:14
Baxış: 1 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya özünü Qərbin düşməni hesab etməyib və indi də hesab etmir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya klubunun plenar iclasında çıxışında bildirib.

Putin azı iki Qərbin - ənənəvi, çox zəngin mədəniyyətə malik və aqressiv, müstəmləkəçi Qərbin olduğunu deyib.

Rusiya lideri qeyd edib ki, ölkəsi Qafqazda Qərbin dəstəklədiyi terror yuvasına qarşı mübarizədə verdiyi bədəli hər zaman xatırlayacaq.

O, Rusiyanın Qafqazda terrorizmə böyük ölçüdə çeçen xalqının cəsarəti sayəsində qalib gəldiyini söyləyib.

"Rusiyanı məhv etmək və geosiyasi xəritədən silmək alınmayıb və heç vaxt da alınmayacaq", - Rusiya Prezidenti vurğulayıb.

Putin əmin edib ki, Rusiya Federasiyası özü hegemon olmaq niyyətində deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.