Rusiya

Ukrayna küçələrindən günəbaxan yağı axır - VİDEO - FOTO

18 Oktyabr 2022 18:36
Baxış: 2 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Silahlı Qüvvələri günəbaxan yağı ixrac edən şirkətin məhsul saxlanılan çənlərinə zərbələr endirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rusiya hərbçiləri Ukraynanın Nikolayev vilayətində günəbaxan yağı istehsal edən zavodun terminalını dron-kamikadzelərdən atəşə tutub.

Nəticədə günəbaxan yağının saxlandığı çənlər zədələnib.

Bu barədə Nikolayev Vilayət Hərbi İdarəsinin mətbuat katibi Dmitri Pletençuk öz sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri Ukraynanın günəbaxan yağı ixrac edən şirkətlərindən birinin çənlərinə ikinci dəfə zərbə endirib. Pletençuk qeyd edib ki, bu məhsulların dünya ixracının 17%-i Nikolayev terminalından keçir.

Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim də günəbaxan yağı çənlərinə hücumu təsdiqləyib.

Yerli KİV-lərin məlumatına görə, çənlərə raket zərbələrindən sonra Nikolayevin bəzi küçələrindən günəbaxan yağı axır.

Rusiyalılar iki pilotsuz təyyarənin hücumu ilə iki çəni zədələyib. Hadisə yerində yanğın başlayıb, lakin Fövqəladə Hallar Dövlət Xidməti yanğını tez bir zamanda söndürə bilib. Buna baxmayaraq çənlərin deşilmiş hissələrindən yağ axır və axın şəhər kanalizasiyasına doğru yönəlir.

Müəssisənin rəhbərliyi lazımi tədbirlər görür. Yağ sızmasının dayandırılması və şəhər üçün mənfi ekoloji nəticələrin qarşısının alınmasına çalışılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.