Rusiya

Zibil maşını iki azyaşlı qızın üzərindən keçdi - VİDEO

2 Sentyabr 2022 19:40
Baxış: 1 335
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Moskva vilayətinin İstra şəhərində zibil maşını iki azyaşlı qızın üzərindən keçib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dəhşətli hadisənin videosu zibil maşınının arxasınca hərəkət edən avtomobilin videoregistratoru tərəfindən qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində azyaşlılardan biri hadisə yerindəcə ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə şahidləri bildiriblər ki, uşaqlar yolu keçərkən anaları onların yanında olmayıb. Üstəlik azyaşlılar yolun digər tərəfinə piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməyə çalışıblar.

Hadisənin digər təfərrüatı hələlik məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.