Rusiya

Moskvada dəhşət: kanalizasiya quyusu 13 nəfəri "uddu"

8 Avqust 2022 14:52
0 Şərh     Baxış: 1 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın Lublino rayonunda fövqəladə hadisə baş verib: iş zamanı baş verən leysan nəticəsində 13 nəfər quyuya düşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, onlardan altısı quyudan özbaşına çıxa bilib. Xilasedicilər 4 nəfəri xilas ediblər, daha 3 nəfər hazırda axtarışdadır.

Qeyd olunub ki, işçilər Krasnodarskaya küçəsində kanalizasiya lyukunu bərpa edərkən güclü yağış yağmağa başlayıb. Su axınları onları yerin altına çəkib.

Hazırda Moskva xilasediciləri daha üç nəfərin axtarışlarını davam etdirirlər. Çox güman ki, yağış suları onları Moskva çayına aparıb.

İtkin düşənlərin gənclər olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.