Rusiya

Təmir işçiləri kanalizasiya quyusundan çıxa bilmirlər - Kömək çağrıldı

7 Avqust 2022 18:16
0 Şərh     Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın cənub-şərqində 12 nəfərdən ibarət təmir briqadası əməkdaşları kanalizasiya quyusunda qalıblar. Onlar güclü yağış nəticəsində quyunun dolması səbəbindən yuxarıya çıxmaqda çətinliklə üzləşiblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü, avqustun 7-də Moskva prokurorluğu məlumat yayıb.

Məlumata görə, hadisə Lyublino adlanan ərazidə, Krasnodarskaya küçəsində, briqadanın təmir işləri apardığı kollektorun yanında baş verib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəlib. Təmir işçilərindən bəziləri quyudan çıxarılıb. Bəzilərinin isə axtarışları davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.