Rusiya

"Şəkər kralı” güllələndi, şübhəli fermer isə intihar etdi - FOTO

9 İyun 2022 17:15
0 Şərh     Baxış: 1 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Tambov vilayətinin Piçayevski rayonunda "şəkər kralı" kimi tanınan 53 yaşlı iş adamı Yuri Xoxlov güllələnib. O, Kirsanovski və Qribanovski şəkər zavodları da daxil olmaqla altı regionun müəssisələrini özündə birləşdirən "ASB Şirkətlər Qrupu"nun rəhbəri olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, Xoxlov əkin sahələrinə baxış keçirmək üçün helikopterlə Rudovka kəndinə gedib. Onunla görüşə rəqibi, mübahisəli sahənin 150 hektarına günəbaxan səpən fermer gəlib. Münaqişə zamanı həmin şəxs Xoxlovu tapança ilə vuraraq qaçıb. İş adamı aldığı xəsarətlərdən ölüb.

Sonradan hadisə yerindən 1,5 kilometr aralıda 49 yaşlı fermerin də meyiti tapılıb. Onun intihar etməsi istisna edilmir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.