Rusiya

Bu, Putinin yeganə gəlir mənbəyidir

23 May 2022 10:07
1 Şərh     Baxış: 3 417
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin çətin ki, Niderland, İtaliya və Almaniya kimi böyük ölkələrə qaz kranını bağlasın.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans deyib.

"Çünki bu halda o özünə daha çox zərər verəcək", - o bildirib.

Timmersansın sözlərinə görə, Putin indi əsasən kiçik alıcılara təzyiq göstərir:

"O, böyük oyunçuları öz tərəfində saxlamağa üstünlük verərdi, çünki bu, onun yeganə qazanc mənbəyidir".

Timmermans əlavə edib ki, Avropa nəhayət Rusiya qazından tamamilə müstəqil olmaq üçün digər qaz tədarükçülərini axtarmaqla məşğuldur:

"Rusiya bu yaxınlarda Polşa, Bolqarıstan və Finlandiyaya qaz verməyi dayandırdı, çünki bu ölkələr rublla ödəniş etməkdən imtina etdilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.