Rusiya

Rus milyarder sərvətinin 99 faizini itirdi

28 Mart 2022 15:48
0 Şərh     Baxış: 1 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı biznesmen, "Спартак"ın sahibi və "Lukoil"in vitse-prezidenti Leonid Fedun sərvətinin 99 faizini itirdiyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya Futbol İttifaqının iclasından deyilib. Bu haqda Vladimir Afanasevin müsahibələrdən birində açıqlama verdiyi vurğulanıb.

"Rusiya futbolu haqda düşünülməlidir. Fedun belə sərvətinin 99 faizini itirib. Hazırda onun durumu çox ağırdır" deyə, yazıda qeyd olunub.

"Spartak" klubunun mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov "Biz başqa adamlardan sitat gətirən Vladimir Afanasyevin fəaliyyəti ilə tanış deyilik, onun dediklərinə cavab verməyəcəyik" deyə, məsələyə aydınlıq gətirib. 

Qeyd edək ki, Leonid Fedunun sərvəti keçən il 11,1 milyard dollar dəyərində qiymətləndirilirdi. "Forbes" jurnalına görə Rusiyanın ən varlı adamları reytinqində o, 16-cı yeri tutsa da, "Lukoil"un səhmlərinin sarsıdıcı çöküşündən sonra siyahıda düşmək ehtimalı var. Daha əvvəl iş adamının özü də maddi sıxıntılardan danışsa da, Avropa Liqasından kənarlaşdırılan "Spartak" futbol klubunun onun dəstəyindən kənarda qalmayacağını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.