Rusiya

Rusiyada azərbaycanlı vəkil belə aldandı - “1 milyon rubl və 8,6 min dolları...”

31 Yanvar 2022 20:12
Baxış: 1 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda həbsdə olan rusiyalı aktyor Mixail Yefremovun keçmiş azərbaycanlı vəkili Elman Paşayev tanışı tərəfindən dələduzluğun qurbanı olub. Həmin şəxs külli miqdarda borcunu qaytarmaq istəmir.

Milli.Az "bizim.media"-ya istinadən xəbər verir ki, bu haqda informasiyanı RT nəşri yayıb. 

Vəkilin sözlərinə görə, 3 il əvvəl ona birlikdə avtoservis açacağına söz verən, lakin sonra əlaqə saxlamayan şəxs barəsində polisə ərizə verib.

"O, avtomobil xidmətinə avadanlıq almaq üçün pul aldı. Altı ay ona səhər yeməyi verdim. Hər dəfə də yeni bir şey fikirləşirdi: ya Çindən avadanlıq gözləməliyik, ya da başqa bir şey gözləməliyik. Və sonra tamamilə yoxa çıxdı", - deyə vəkil qeyd edib.
N.Paşayev iddia edir ki, dostuna güvənməmək üçün heç bir əsası olmayıb, çünki o, avtomobillərinin təmiri üzrə məsul şəxs olub, tanışının keçmiş arvadı isə onun yanında mühasib işləyirmiş.

Qeyd olunur ki, Elman Paşayev dostuna 1 milyon rubl və 8,6 min dollar qəbz qarşılığında borc verdiyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.