Siyasət

İrəvan-Culfa yolu da açılacaqmı? - Petrovdan mühüm şərh

27 Noyabr 2021 22:56
0 Şərh     Baxış: 1 084

Konkret addımlar gələn həftə üç ölkənin baş nazirlərinin müavinləri tərəfindən açıqlanacaq, lakin, düşünürəm ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri kommunikasiyaların açılması üzrə işlərin praktiki, təqvim planını müzakirə edib və razılaşdırıblar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "Vestnik Kavkaza" agentliyinin Baş direktorunun müavini, ekspert Andrey Petrov deyib.

"Vladimir Putin üçtərəfli qrupun işinin məhsuldarlığını əbəs yerə qeyd etmədi - il ərzində bu planın işlənib hazırlanması üçün vaxt olub. Gözləmək olar ki, kommunikasiyalar sinxron, birtərəfli bərpa olunmaqla açılacaq. Deyək ki, Naxçıvan üzərindən İrəvan-Culfa yolu olmayacaq. Belə ki, yeni bəyanatda bundan əvvəlki iki bəyanata sadiqlik təsdiqlənib, Zəngəzur dəhlizinin açılmasının təqvim planına salınacağına heç bir şübhə yoxdur. Nikol Paşinyan bu öhdəliyə bir daha imza atdı", - Petrov qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.