Siyasət

İsrail səfiri Gəncəyə səfər edib

2 Noyabr 2021 10:47
0 Şərh     Baxış: 721

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Gəncə şəhərinə səfər edib.

Milli.Az bildirir ki, diplomat ilk olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Daha sonra qonaqlar Ermənistanın Gəncədə törətdiyi terror hadisələrinin baş verdiyi əraziyə baş çəkəcək, qurbanların xatirəsini yad edəcəklər.

Qeyd edək ki, C.Dik səfər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Uşaq Evi və Gəncə SOS Uşaq Kəndində də olacaq.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.