Qarabağdakı qanunsuz silahlı birləşmələr kimin "layihəsidir"? - Sülhməramlılar işlərini çətinə salır
"44 günlük müharibədən sonra Qarabağda qalan erməni separatçılarının qalıqları, onların qanunsuz silahlı dəstələri orada qaldılar, özləri üçün yeni mövqelər qurdular və bu günə qədər həmin o mövqelərini möhkəmləndirməyə və genişləndirməyə çalışırlar".
Bunu Milli.Az-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

O bildirib ki, indiki mərhələdə bölgənin sabitliyi daha çox sülhməramlıların Qarabağda müvəqqəti yerləşdirildiyi ərazilərdəki fəaliyyətindən asılıdır:
"Vacib olan məsələlərdən biri budur ki, Ağdamda məskunlaşmış Rusiya və Türkiyənin birgə monitorinq mərkəzi tələblər qoymalıdır ki, həmin o əli silahlı qeyri-qanuni birləşmələr qurduqları postları bir-bir ləğv etsinlər, silahlarını təhvil verib ərazini tərk etsinlər.
Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlıları ilə qanunsuz erməni silahlıları arasındakı qarşıdurmalar təbii ki, bundan sonra da davam edəcəkdir. Çünki ermənilərdə aqressiya hələ də var, davam edir və bu aqressiyanın səbəbindən də görürsünüz ki, öz revanşist və təxribatçı əməllərindən əl çəkmirlər. Son zamanlar mütəmadi olaraq Şuşa və digər istiqamətlərdə atəşlər açaraq təxribatlara əl atırlar. Bütün bu hadisələrin fonunda Mixail Kosobokovun sülhməramlıların komandiri təyin olunmasından sonra, separatçı rejim qalıqları ilə hansı mövqedə olacaqları ilə bağlı indidən bir şey deyə bilmərik.
Sülhməramlıların Qarabağda müvəqqəti yerləşdirildiyi ərazilərdəki fəaliyyətindən çox şey asılıdır. Ağdərə istiqamətində su anbarının tikintisində, Qarabağın ermənilərin yaşadıqları əraziləri işıqlandırmaq məqsədilə elektrik stansiyalarının qurulması məsələlərində sülhməramlı qüvvələr onlara dəstək verirlər ki, o işlər aparılsın. Düzü bu hadisələr fonunda düşünmürəm ki, bu iki tərəf arasında ciddi bir qarşıdurma yarana bilər. Amma təxribat xarakterli əməllər, silahlı qarşıdurmalar olacaqdır. Çalışacaqlar hətta elə bir vəziyyət yaratsınlar ki, Azərbaycan tərəfi ilə rusların arasında toqquşma baş versin, desinlər ki, görün, Azərbaycan təkcə ermənilərə qarşı yox, rusların da burada qalmasına maneçilik torədir. Çünki son zamanlar Ermənistan mətbuatında bu tip ritorikalar artmaqdadır ki, güya Azərbaycan və Rusiya sülhməramlı qüvvələri arasında böyük narazılıq yaranıb, hətta qarşıdurmalar belə gözlənilir. Ermənilər özlərinin törətmək niyyətində olduqları işləri elə bil ki, bizim üstümüzə yazırlar. İndidən qabaqdan gəlmişlik edirlər ki, yəni bunların arasındakı bu problemlər haçansa bir toqquşmaya səbəb ola bilər.
Qarabağa müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çalışmalıdırlar. Görürük ki, çox şeyləri yerinə yetirmirlər, başqa-başqa işlərlə məşğul olurlar. Həmin o bölgədəki diversant dəstələri neytrallaşdırmaq əvəzinə ermənilərə humanitar yardımlar etməyə, erməni uşaqlara təlimlər keçməyə başları qarşıb. Əgər bölgədə sülhməramlılar varsa, onlar orada fəaliyyət göstərirlərsə, onda bu qondarma rejim qalıqlarına məxsus qanunsuz silahlı birləşmələr kimə lazımdır, kimi qoruyurlar?
Bu missiyanı sülhməramlılar öz üzərlərinə götürüblərsə, təbii ki, burada qeyri-qanuni silahlı birləşmələrin bölgədə hələ də qalması anlaşılan deyil. Bu məsələdə gərək Rusiya özü bir az aktiv ola və bu cür problemlərin kökündən həllinə çalışa".
Təhməz Əsədov
Milli Az
DİGƏR XƏBƏRLƏR
-
Naxçıvanda böyük investisiya mərhələsi: Regionun iqtisadi gələcəyi yenidən qurulur
-
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - (Foto)
-
Ərdoğan Məkkə Sazişi bqarədə: Birimizin təhlükəsizliyi hamımızın təhlükəsizliyidir
-
Naxçıvan sahibkarları üçün hansı güzəştlər nəzərdə tutulur?
-
Azərbaycanın Latviyadakı səfiri geri çağırılıb, yenisi təyin olundu
-
İsveçdəki səfirimiz dəyişdirildi
XƏBƏR LENTİ
-
“Qarabağ” “Dinamo”ya qarşı
-
Bakıdan Yaponiyaya uzanan Azərbaycan imzası - Oktay Qafarovun uğur hekayəsi
-
Türkan Şorayın rəqsi gündəm oldu - (Video)
-
Kürdə batan 21 yaşlı oğlanın meyiti tapıldı - Yenilənib - (Video)
-
Samuxda kütləvi zəhərlənmə
-
Öldüyü deyilən futbolçu "morq"da dirildi
-
Tarixin ən isti avqust ayı olacaq - Rekord qırılacaq
-
Masazırda 18 yaşlı oğlan 33 yaşlı kişini öldürdü
-
Bakının mərkəzində mağaza yandı - (Foto)
-
UEFA Superkubokunun qalibi bəlli oldu
-
Vera Brejneva rus dilində oxumaq üçün 8,5 milyon istəyir
-
Qubanın Qəçrəş kəndində meşəlik ərazidə ağacların kütləvi kəsildiyi iddia olunur (Video)
-
Layma malikanəsini 5 milyona satır - (Foto)
-
14 il sonra ilk dəfə ət yedi - Göz yaşları "sel oldu" - (Video)
-
Məşhur qarğıdalı satan oğlanın rus qızına hərəkəti müzakirə yaratdı - (Video)
-
İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları
-
Ulduz futbolçu ondan ötrü 1-ci arvadını boşayıb yenidən evlənib - (Fotolar)
-
Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?
-
Avtomobil almaq istəyən şəxsi belə aldatdılar - (Video)
-
57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı - (Foto)
-
Ağ Evin mətbuat katibi vəzifəsindən gedir
-
Bu ilin son Günəş tutulması başa çatıb - Yenilənib
-
Xavi Niderland millisinin baş məşqçisi təyin olundu
-
“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev





