Siyasət

Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq ediləcək

12 İyul 2021 17:26
Baxış: 883

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu təsdiq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Əməl Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.