Siyasət

Şuşa bəyannaməsi Azərbaycan və Türkiyəyə nə verir?

16 İyun 2021 10:20
Baxış: 1 132

Qardaş Türkiyənin "Haberturk" qəzetinin köşə yazarı Gurşad Zorlu Şuşaya səfər təəssüratı, imzalanan saziş və s. məsələlərə toxunub.

Müəllif yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilən Qarabağa səfər edən ilk lider oldu. "Cənab Əliyevin də çıxışında vurğulandığı kimi, bu qələbə tarixə Azərbaycan ordusunun qəhrəmanlığı və Türkiyə Cümhuriyyətinin hərbi-maddi-mənəvi dəstəyi ilə yazılıb. Türkiyənin Şuşada üçüncü konsulluğunu açılacağı bu mənada bir ilkdir. Bəyanatın Şuşada verilməsi Qarabağın təkcə coğrafi-strateji baxımdan deyil, həm də coğrafi-mədəni baxımdan əvəzolunmaz əhəmiyyətini göstərdi. Füzulidən yeni inşa edilən magistral yolla Şuşaya getmək Zəngəzur Dəhlizinə verilən əhəmiyyəti vurğulamaq idi. Çünki bu dəhliz Azərbaycan torpaqlarını Naxçıvana, dolayısıyla Türkiyəyə uzadacaq xəttin ən açıq başlanğıc nöqtəsi olacaq", - deyə müəllif yazır.

Müəllif yazır ki, imzalanmış Şuşa Bəyannaməsi bir əsr sonra mətndə də bəhs edilən Qars müqaviləsinin əksidir: "1921-ci ildə Türkiyə (Parlament), Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanan Qars müqaviləsi ilə Türkiyənin şərq sərhədləri müəyyənləşdirildi və Naxçıvan muxtar bölgəyə çevrildi. İki liderin imzaladığı 14 səhifəlik bəyannamədə iqtisadiyyatdan enerjiyə, təhsildən təhlükəsizliyə qədər çox ölçülü hədəflər var. Mətnin əsas mövzusunu "yüksək səviyyəli ittifaq" konsepsiyası altında birləşdirmək mümkündür. Bu ittifaqın qarşılıqlı suverenlik, ərazi bütövlüyü və iki ölkənin daxili işlərinə qarışmamaq prinsipi ilə inkişaf etdirilməsi prinsipi vurğulanır".

Azər Nuriyev
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.