Siyasət

Ayvazyan istefa verdi

27 May 2021 21:44
Baxış: 1 390

Ermənistanın Xarici işlər naziri əvəzi Ara Ayvazyan istefa ərizəsini baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyana təqdim edib.

Milli.Az Mediaport-a istinadən bildirir ki, Ermənistan XİN-nin sözçüsü Anna Nağdalyan bu barədə Facebook-da profilində məlumat yayıb.

"Ermənistan Respublikası Xarici İşlər Naziri vəzifəsini icra edən Ara Ayvazyan istefa ərizəsini təqdim etdi", - A.Nağdalyan yazıb.

İlkin məlumatlara görə, A.Ayvazyanın demarşı Ermənistan rəhbərliyinin Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası barədə anlaşma imzalamağa hazırlaşması ilə bağlıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.