Siyasət

Türkiyə lazım olarsa, Qarabağla bağlı bu məsələyə müdaxilə edəcək - Hulusi Kılıç - VİDEO

21 Aprel 2021 11:29
Baxış: 1 228

Rusiya sülhməramlıdırsa, sülhməramlı olaraq vəzifəsini yerinə yetirsin. 

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib. 

"Ümid edirik ki, qarşıdakı dövrdə Birgə Monitorinq Mərkəzi öhdəliklərini icra edər. Sülhməramlıların Azərbaycanın da haqqını qorumasını gözləyirik. Biz haqq və hüquqdan yanayıq. 10 noyabr bəyantı və 11 yanvar razılaşmasının icra edilməsi bizim üçün əsasdır. Hazırda ciddi problem olmadığını bilirik. Amma o demək deyil ki, heç vaxt da olmayacaq. Prosesi diqqətlə izləyirik və lazım olarsa, müdaxilə edəcəyik. Biz bölgədə sülh olmasını, Zəngəzur dəhlizinin açılmasını və kommunikasiyanın bərpa edilməsini istəyirik", - o bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.