"Onlar Azərbaycanda yaşayan 30 minlik erməninin nəvə-nəticələridir"
"Preizdent İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında təltif edilən hərbiçilərin önündə çıxış edərək, bir daha 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının və dövlətinin və onun Şanlı Ordusunun tarixi qələbəsindən bəhs etdi".
Bunu Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

Sədr müavini bildirib ki, Azərbaycan xalqı və onun Prezidenti imkan verməyəcək ki, Azərbaycan torpağında ikinci bir erməni dövləti qurulsun:
"300 illik tarixi bir qələbənin əsasında bir daha Ali Baş Komandanın bütün dünyaya mesajını gördük. 30 il işğal altında qalan torpaqlarımızın bir qarışından belə keçilmədiyini və bundan sonra da heç bir halda torpaqlarımızı ermənilərə verilməyəcəyini bəyan etdi. Prezident son 17 ildə hər zaman bütün dünyaya bəyan edirdi ki, Azərbaycan xalqı və onun Prezidenti imkan verməyəcək ki, Azərbaycan torpağında ikinci bir erməni dövləti qurulsun. Qələbimizin əsasında xalqımızın bir orduya çevrilməsi və çox əzmkar ruhda öz qədim torpaqlarını azad olunmasından danışan Ali Baş Komandan qəhrəmanlıq salnaməsini yazan qorxmaz əsgər və zabirlərimizin, generallarımızın xidmətlərindən də bəhs etdi. Görüşdə həmçinin erməni və onların havadarlarına çox sərt mesaj da oldu. Revanş haqqında düşünən erməni faşitlərinə də açıq şəkildə dəmir yumruğu göstərən İlham Əliyev xalqımızın qəti və birmənalı mövqeyini xatırlatdı".
N.Orduxanlı deyib ki, tarixdən dərs götürmək üçün dünyada Bakıdakı Hərbi Qənimətlər Parkı kimi parklar var:
"Hərbi Qənimətlər Parkına gəldikdə isə, bu, dünyanın bir sıra ölkələrində mövcuddur. Tarixdən dərs götürmək üçün bu cür parklar var. Bu parkın yüksək səviyyədə salınması həm də ermənilərin nə zamansa tarixi unutduqları an yadlarına salınması üçün rol oyanacaq. İkinci dünya müharibəsindən sonra alman faşistlərinin törətdiyi bəşəri cinayətlərlə bağlı parklar da var və 70 il, 100 il keçməsinə baxmayaraq törədilən vəhşiliklər və cinayətlər hələ də unudulmur. Onların hətta hərbi geyimləri, müharibə dövründə işlətdiyi qanunsuz silahlardan istifadə etməsinə dair faktlar bu gün də muzeylərdə saxlanılır və gələcək nəsillərə göstərilir.
Prezident İlham Əliyevin Qənimətlər Parkındakı çıxışından sonra Qərbin və Rusiyanın Azərbaycanda olan 5-ci kalonu sosial şəbəkələrdə ermənilərin boş qalmış dəbilqələrinin "qayğısına" qalırdılar. Görünür bu adamların aldıqları tapşırığa uyğun olaraq, ermənilərin boş qalmış papaqlarının da dərdini çəkirlər. Ola bilsin ki, bu adamların bəziləri Azərbaycanda yaşayan 30 minlik erməninin nəvə-nəticələridir. Öz dayılarının boş qalmış papaqlarının dərdini çəkirlər".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq





