"Onlar Azərbaycanda yaşayan 30 minlik erməninin nəvə-nəticələridir"

14 Aprel 2021 10:15

"Preizdent İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında təltif edilən hərbiçilərin önündə çıxış edərək, bir daha 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının və dövlətinin və onun Şanlı Ordusunun tarixi qələbəsindən bəhs etdi".

Bunu Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

Sədr müavini bildirib ki, Azərbaycan xalqı və onun Prezidenti imkan verməyəcək ki, Azərbaycan torpağında ikinci bir erməni dövləti qurulsun:

"300 illik tarixi bir qələbənin əsasında bir daha Ali Baş Komandanın bütün dünyaya mesajını gördük. 30 il işğal altında qalan torpaqlarımızın bir qarışından belə keçilmədiyini və bundan sonra da heç bir halda torpaqlarımızı ermənilərə verilməyəcəyini bəyan etdi. Prezident son 17 ildə hər zaman bütün dünyaya bəyan edirdi ki, Azərbaycan xalqı və onun Prezidenti imkan verməyəcək ki, Azərbaycan torpağında ikinci bir erməni dövləti qurulsun. Qələbimizin əsasında xalqımızın bir orduya çevrilməsi və çox əzmkar ruhda öz qədim torpaqlarını azad olunmasından danışan Ali Baş Komandan qəhrəmanlıq salnaməsini yazan qorxmaz əsgər və zabirlərimizin, generallarımızın xidmətlərindən də bəhs etdi. Görüşdə həmçinin erməni və onların havadarlarına çox sərt mesaj da oldu. Revanş haqqında düşünən erməni faşitlərinə də açıq şəkildə dəmir yumruğu göstərən İlham Əliyev xalqımızın qəti və birmənalı mövqeyini xatırlatdı".

N.Orduxanlı deyib ki, tarixdən dərs götürmək üçün dünyada Bakıdakı Hərbi Qənimətlər Parkı kimi parklar var:

"Hərbi Qənimətlər Parkına gəldikdə isə, bu, dünyanın bir sıra ölkələrində mövcuddur. Tarixdən dərs götürmək üçün bu cür parklar var. Bu parkın yüksək səviyyədə salınması həm də ermənilərin nə zamansa tarixi unutduqları an yadlarına salınması üçün rol oyanacaq. İkinci dünya müharibəsindən sonra alman faşistlərinin törətdiyi bəşəri cinayətlərlə bağlı parklar da var və 70 il, 100 il keçməsinə baxmayaraq törədilən vəhşiliklər və cinayətlər hələ də unudulmur. Onların hətta hərbi geyimləri, müharibə dövründə işlətdiyi qanunsuz silahlardan istifadə etməsinə dair faktlar bu gün də muzeylərdə saxlanılır və gələcək nəsillərə göstərilir.

Prezident İlham Əliyevin Qənimətlər Parkındakı çıxışından sonra Qərbin və Rusiyanın Azərbaycanda olan 5-ci kalonu sosial şəbəkələrdə ermənilərin boş qalmış dəbilqələrinin "qayğısına" qalırdılar. Görünür bu adamların aldıqları tapşırığa uyğun olaraq, ermənilərin boş qalmış papaqlarının da dərdini çəkirlər. Ola bilsin ki, bu adamların bəziləri Azərbaycanda yaşayan 30 minlik erməninin nəvə-nəticələridir. Öz dayılarının boş qalmış papaqlarının dərdini çəkirlər".

Təhməz Əsədov
Milli.Az