Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri ilə yaxın zamanda görüş keçirilməsinin mümkün olduğunu bildirib.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "2026 Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Biz Ermənistanın xarici işlər naziri ilə mütəmadi təmaslar saxlayırıq və görüşlər keçiririk. Yaxın zamanda da belə bir görüşün keçirilməsi istisna deyil", - deyə C.Bayramov bildirib.
Nazir qeyd edib ki, son həftələrdə Bişkekdə keçirilən tədbirlər çərçivəsində Azərbaycan və Ermənistan arasında müəyyən fikir mübadiləsi aparılıb.
"Bişkekdə ŞƏT+ formatında Prezident İlham Əliyev iştirak edib və çoxsaylı ikitərəfli görüşlər keçirilib, o cümlədən Ermənistanın Baş naziri ilə görüş olub", - deyə o qeyd edib.
C.Bayramovun sözlərinə görə, həmin təmas zamanı növbəti imkan yarandıqda görüş keçirilməsi və müəyyən məsələlərin müzakirə olunması barədə razılıq əldə edilib.
"Orada da razılığa gəldik ki, növbəti imkan düşdükdə belə bir görüş keçirib müəyyən məsələləri müzakirə edəcəyik. Yaxın zamanda belə bir görüş baş tuta bilər", - deyə nazir əlavə edib.
C.Bayramov həmçinin Azərbaycanın BMT Baş Assambleyasının yeni sessiyasının açılışında böyük nümayəndə heyəti ilə iştirak edəcəyini bildirib.
O qeyd edib ki, sessiya çərçivəsində həm beynəlxalq səviyyədə, həm də ikitərəfli formatda çoxsaylı tədbirlərin keçirilməsi planlaşdırılır.
"Bu həftə ərzində çoxsaylı tədbirlər həyata keçirilir - həm beynəlxalq səviyyəli tədbirlər, həm də ikitərəfli görüşlər. Nümayəndə heyətimiz buna hazırlaşır və bütün həmin tədbirlərin gündəliyi kifayət qədər zəngin olacaq", - deyə C.Bayramov vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)
-
Şükürbəyli kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olunub - (Yenilənib)
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib
-
Qolları olmayan körpənin taleyi necə oldu? - Rəsmi açıqlama
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Azərbaycanla UN-Habitat arasında imzalanan Töhfə Sazişi təsdiq edilib
-
İlham Mirzəyev evə buraxıldı
-
3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)
-
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
-
Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - (Video)
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)





