Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Real Madrid"in baş məşqçisi Joze Mourinyo Trent Aleksander-Arnoldun yarımmüdafiədəki performansını yüksək qiymətləndirib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ingiltərəli futbolçu UEFA Çempionlar Liqasında "İnter" üzərində 2:1 hesablı qələbə qazandıqları matçda Federiko Valverde ilə birlikdə yarımmüdafiə xəttində yer alıb.
Joze Mourinyo qarşılaşmadan sonra Aleksander-Arnoldun İngiltərə millisində və "Liverpul"da da bu mövqedə oynadığını xatırladıb. Bununla belə, portuqaliyalı mütəxəssis onun əsl yarımmüdafiəçi olmadığını vurğulayıb.
"O, yarımmüdafiədə çox yaxşı oynadı və taktiki tapşırıqları düzgün yerinə yetirdi. Lakin yarımmüdafiəçi deyil. Aleksander-Arnold və Valverde bu səviyyədə çox yaxşı iş gördülər", - deyə Mourinyo bildirib.
Futbolçunun yarımmüdafiədə meydana çıxması Eduardo Kamavinqa, Arda Güler və Bernardo Silvanın cəzalı olması ilə əlaqələndirilib. Aleksander-Arnold görüş ərzində iki qol epizodu yaradıb və komandasının ən çox cinah ötürməsi edən futbolçusu olub. Bununla yanaşı, o, top uğrunda mübarizələrin heç birində qalib gəlməyib. Futbolçunun ötürmələrinin dəqiqliyi isə 83,3 faiz təşkil edib.
Aleksander-Arnold "İnter"in 77-ci dəqiqədə fərqi azaltdığı qoldan qısa müddət sonra əvəzlənib. Joze Mourinyo onun meydanda bütün gücünü ortaya qoyduğunu qeyd edib.
"Bu mövqedə oynamaq sağ cinah müdafiəçisi olmaqdan fərqlidir. Fiziki yük və intensivlik olduqca ağırdır. O, yüz faizini verdi və meydanı bütün gücünü sərf edərək tərk etdi", - deyə baş məşqçi əlavə edib.
Portuqaliyalı mütəxəssis Aleksander-Arnoldun universallığını, ötürmələrini, cinah asmalarını və standart vəziyyətlərdəki bacarığını xüsusi qeyd edib. Buna baxmayaraq, Mourinyonun futbolçunu bundan sonra daimi olaraq yarımmüdafiə mövqeyində oynatmaq niyyətində olmadığı bildirilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)
-
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
-
78 yaşlı müğənni 3-cü dəfə evləndi - (Foto)
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi - Siyahı
-
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
-
Soyutma sistemlərinə kiberhücum təhlükəsi barədə xəbərdarlıq
-
Lüduviko Eynaudinin musiqisindən caz improvizələrinə qədər - Virtuosos of Baku musiqi axşamları - (Foto)
-
ABŞ İranı nüvə ilə vuracaq?
-
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
-
TikTokerin “Uzak Şehir”ə çəkilməsi qınandı - (Video)
-
Tovuzda ev yanaraq külə döndü
-
Xalq artistini xanımı ilə görüntülədi - (Video)
-
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
-
Bu domenin illik qeydiyyat 100 manat olacaq
-
Deniz Baysalın boşandıqdan sonra verdiyi açıqlama gündəm oldu
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Azərbaycanda bu internetin aylıq qiyməti 2 min manat olacaq
-
Röyanın 90 yaşlı fanatının sevgisi - (Video)
-
Səudiyyə Ərəbistanın Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb





