Siyasət

İspandilli KİV-lər Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırdı - FOTO

1 Mart 2021 07:00
Baxış: 374

Bir sıra ispandilli KİV-lər Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransına dair məqalələr dərc ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, məqalələr "elDiario.es", "Diario Libre" agentlikləri, həmçinin "Anadolu" xə "Xinhuanet" agentliklərinin ispandilli versiyaları tərəfindən hazırlanıb.

Xəbər agentlikləri öz məqalələrində Prezident İlham Əliyevin bölgədəki vəziyyət və 44 günlük Vətən Müharibəsi zamanı erməni işğalından azad edilmiş ərazilərin inkişaf planları ilə bağlı açıqlamalarını təqdim ediblər.

"Xinhuanet" həmçinin vaksinlərin koronavirusun yeni ştammlarına qarşı effektivliyi barədə də yazıb. Agentlik qeyd edib ki, Azərbaycanda 2021-ci ilin fevral ayında başlayan vaksinasiya kampaniyasında Çinin istehsal etdiyi "CoronaVac" vaksinindən istifadə edilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.