"Ermənistan 10 noyabr bəyanatında nəzərdə tutulan öhdəlikləri yerinə yetirməlidir"
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Qəhrəman Azərbaycan Ordusu Ermənistan ordusunu darma-dağın edərək təslim aktını imzalamağa məcbur etdi. 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəaları əsasən yerinə yetirilir. Ancaq Ermənistan hələ Azərbaycan ərazisinin bir hissəsində hərbi qüvvələrinin və burda yaradılmış qeyri-qanuni rejimin saxlanması məqsədilə fəaliyyətini davam etdirir, öz mövqeyini Azərbaycana qarşı yalan, böhtan və saxta məlumatlarla "əsaslandırmağa" çalışır.
Milli.Az bildirir ki, bunu Trend-ə deputat Rauf Əliyev deyib.
Onun sözlərinə görə, ölkəmizi hərbi təcavüz törətməkdə, mülki əhalini hədəfə almaqda, hərbi cinayyətlər və insanlığa qarşı cinayətlər törətməkdə, hərbi əsirləri saxlamaqda ittiham edir. Belə yalan, böhtanla dolu saxta məlumatları Avropa ölkələrinin hakim dairələri arasında və beynəlxalq təşkilatlarda yaymaqla Ermənistanın lobbiçi-təbliğat maşını "Dağlıq Qarabağın" statusunun müəyyən edilməsinin vacibliyi adı altında Azərbaycan ərazisinin bir hissəsinin qoparılmasına yönələn yeni kampaniyaya dəstək qazanmağa çalışır:
""Dağlıq Qarabağın" statusunun müəyyən edilməsi ideyasının dəstəklənməsi Azərbaycan tərəfindən separatçılığa dəstək və Azərbaycan Respublikasının suverenliyinin pozulması kimi qiymətləndiriləcəkdir. Azərbaycan bütün maraqlı tərəfləri 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsinə dəstək verməyə çağırır. Ermənistan və onun havadarları bilməlidirlər ki, "Dağlıq Qarabağın" statusu deyilən bir məsələ artıq yoxdur.
Ermənistan 10 noyabr tarixli bəyanatda nəzərdə tutulan öhdəliklərini yerinə yetirməli, o cümlədən Azərbaycan ərazisinə diversiya-terrorçu qruplarını göndərməyi dayandırmalı, hərbi əsirləri, saxlanan şəxsləri və həlak olmuş hərbçilərin cəsədlərini qaytarmaqla bağlı öz öhdəliklərini tam şəkildə yerinə yetirməli, Azərbaycan ərazisində öz hərbi qüvvələrinin saxlanılması və təmin olunması üçün Laçın dəhlizindən istifadə etməyə son qoyulmalıdır. Laçın dəhlizi ancaq hümanitar məqsədlər üçün istifadə olunmalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 dekabr 2020-ci il tarixdə ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə onların müraciətlərinə əsasən keçirilən görüşdə qeyd etmişdir ki, artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll edilmişdir. Status-kvo güc yolu ilə, Azərbaycan xalqının əzmi, həmrəyliyi, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilmişdir. Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
XİN rəhbərləri ABŞ və İran rasında əldə olunmuş razılaşmanı müzakirə ediblər
-
Yalçın Rəfiyev IGAD-ın icraçı direktoru ilə görüşüb (Foto)
-
Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
-
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib - (Video/Foto)
-
Əl-Casir Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Xırdalan ciddi nəzarətə götürülməlidir: Kəmalə Ağazadədən həyəcan təbili
-
"Bayern"in inadı qırılır? "Real"dan Olise üçün astronomik təklif
-
8 məşhurun narkotik testi müsbət çıxdı
-
Neftçala və Zaqatalanın bəzi əraziləri qazsız qalacaq
-
XİN rəhbərləri ABŞ və İran rasında əldə olunmuş razılaşmanı müzakirə ediblər
-
Göz qapağına geyiminin zəncirbəndi ilişdi - (Video)
-
"Taşacak bu deniz"də gözlənilməz ayrılıq (Foto)
-
Yalçın Rəfiyev IGAD-ın icraçı direktoru ilə görüşüb (Foto)
-
"İran Ermənistanı da hədəfə ala bilər"
-
Bakıda yeni xəstəxananın açılışı oldu
-
Cahangir Fərəcullayevə UEFA-da yüksək vəzifə verildi
-
NATO-Ermənistan təlimləri: Zaxarova xəbərdarlıq etdi
-
167 sm-lik rekord: Özbəkistanlı futbolçu DÇ tarixinə düşdü
-
Moskvada mağazaları yanan azərbaycanlı iş adamı: "Çox ziyan dəyib" - VİDEO
-
“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - (Foto)
-
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross üzrə birincilik keçirilib (Foto)
-
Xalası oğlunu bıçaqladı, arvadını öldürdü: Qısqanclığa görə baş verən qətlin təfərrüatı
-
İstanbulda bələdiyyə rəsmisi oğurlanıb: 14 saatdır xəbər yoxdur
-
Moskva yaxınlığında “qara yağış” müşahidə olunub
-
Vilyam Hacıyevin oğlunun "Range Rover"i hərracda satıldı: Qiyməti məlum oldu
-
Pərəstu Əhmədiyə şallaq cəzası verildi
-
60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur - (Video)
-
Bakı böyük konfransa ev sahibliyi edəcək: 40-dan çox ölkənin parlament nümayəndəsi toplanır
-
BƏƏ-də uşaqlar üçün sosial şəbəkələr bağlandı





