Siyasət

“Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə” təsdiqlənib

12 Fevral 2021 16:10
Baxış: 671

Prezident İlham "Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1565 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, "Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə" təsdiqlənib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

"Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1565 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1375) ləğv edilib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.