Siyasət

"İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq" - Türkiyəli səfir

6 Fevral 2021 13:17
Baxış: 531

İşğal altında olmuş ərazilərdə şəhərlərin, mədəniyyət abidələrinin dağıdıldığının şahidi olduq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu diplomatik missiyanın tərkibində Cəbrayıl və Zəngilan rayonların səfər edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, azad edilmiş ərazilərə görükləri mənzərə ibrət götürülməli vəziyyətdir:

"Cəbrayılın da digər azad edilmiş ərazilərdən fərqi yoxdur. Burada biz dağıntıların, mədəniyyət abidələrinin dağıdılmasının, hətta məzarların qarət olunmasının şahidi olduq. Qəbirlərin açılıb, sümüklərin ətrafa dağıdıldığını görürük. Bütün bunlar insanlıqdan kənardır və vəhşilikdir. Bunların hesabı mütləq sorulmalıdır".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.